İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif
ödəniş üsullarından
yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.
Şəxsi kabinet yaratmaq üçün şəxsiyyəti təsdiq edən sənəddən istifadə etməklə qeydiyyatdan keçə bilərsiniz. Şəxsi kabinetiniz varsa,
Şəxsi kabinet"in yaradılması və istifadə qaydası
Şəxsi kabinet yaratmaq üçün istifadəçi şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir (yeni nəsil şəxsiyyət vəsiqəsi olan vətəndaşlar üçün sənədin seriyası bölməsində '-' seçilməlidir), nömrəsini (yeni nəsil şəxsiyyət vəsiqəsinın nömrəsi 9 simvoldan ibarətdir. Nümunə: AA0123456) və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib "Şəxsi kabinet yarat" düyməsini basır